Xəbərlər

18 – 20 noyabr 2010-çu ildə «Göygöl Şərab Zavodu» ASC Moskvanın «Krokus» sərgi mərkəzində keçrilən «Beverages Industry 2010/ Russian Wine Fair» şərab sərgisində iştirak etmişdi. «Asti Qrupp» Sərgi şirkətinin təşkil etdiyi bu forumda MDB və Avropa dövlətlərini təmsil edən 90 –a yaxın şirkətlər iştirak edirdi. Professional şərabçılar, şərabsevərlər və ticarət təşkilatlarının nümayəndələrinin qatıldğı bu sərgi böyük marağ doğurmuşdu. Sərginin gedişinndə kecirilən sərab dequstasiyaları, master-klaslar, konfrans və görüşlər, sərabçılıq sənsyesinin qarşısında duran problemlərə həsr olunmuşdu. «Göygöl Şərab Zavodu» ASC sərgidə, istesal etdiyi 13 adda şərab, arağ və konyakları nümayiş edirdi. «Xan Mədrəsə», «Xan Axsu» süfrə şərabları, «Xan Madera“, Kaqor“Xan Kürdəmir» şərabları sərgi iştirakşılarının və qonaqların xüsusi marağına səbəb olmuşdu. Sərginin təşkilat komitəsinin qərarı ilə «Göygöl Şərab Zavodu» ASC birinci dərəcəli Diplomala təltif edilmiş, «Axsu» qırmızı kəmşirin süfrə şərabı isə Qızıl Medala layiq görülmüşdü. Azərbaycanın yüksək keyfiyyətli şərablarının Rusiya və beynəlxalq bazarlara çıxardmaq məqsədi ilə, sərginin gedişində bir sıra işgüzar görüşlər keşrilmişdi.

2 aprel 2010 il tarixində «Buta Palas“ Konsert-əyləncə Mərkəzində “ Caspian-European Business Club» və «Caspian international Media Grup» birgə təsis etdiyi «Caspian Energy Integration Award 2010» və «Brand Award Azerbaijan 2009» mükafatlarının təqdim olunma mərasimi keçirildi. Bu mərasimdə «Göygöl Şərab Zavodu“ ASC-yə» 2009-cu ilin Brendi – Vodka «Xan“ mükafatı təqdim olundu.

25 may 2010 il tarixində, Moskvanın əfsanəvi Yar restoranında, “İlin ƏnYaxşı arağı- 2010“/ Best Vodka 2010», Beynəlxalq Müsabiqənin qaliblərinə mükafatların təqdimat mərasimi keçrildi. Həmişə olduğu kimi, bu mərasim Rusiyanın və bir sıra tanınmış xarişi arağ brendlərinin aparıcı mütəxəsislərini bir araya yığmışdı.
Müsabiqənin Dequstasiya komisiyaslnln sədri,Rusiya Kənd Təsərrüfatı Akademiyasının Akademiki, texniki elmlər doktoru, professor, Ümumrusiya Elmi-Tədqiqat Qida Biotexnologyaları İnstitutunun direktor –Polyakov Viktor Anatoliyeviç təltif olunanları salamlamış və mərasimi açıq elan etmişdi.
«Göygöl Şərab Zavodu» ASC bu müsabiqəyə «Xan“ brendi altında istehsal etdiyi arağlardan üç adda nümunə göndərmişdi.
Azərbaycanın arağ istehsalı tarixində ilk dəfə olaraq, Respublikada istehsal olunan arağ məhsulları, Rusiyanın ən yüksək səviyəli Beynəlxalq arağ dequstasiyası olan “İlin ən yaxşı arağı-2010»/ «Best Vodka 2010» müsabiqəsində «Xan» arağları üc medala layiq görüldü. Seqment Premial/Premium: «Xan» «Premium» – qızıl.
Seqment Ortaqiymətli/Standart: «Xan» «Exsport» – gümüş.
Seqment Superpremial/Super Premium: «Xan» «VİP“ – bürünc.
Qəbul olunmuş ənənəyə uyğun olaraq, “İlin ən yaxşı Arağı 2010» Müsabiqəsinin Qalibləri – arağ nümunələri, gələn ilin Müsabiüəsinə qədər, Moskvanın tarixi-memarlıq kompleksi olan İzmaylov Kremli ərazisində yerləşən Rusiya Arağ Tarixi Muzeyində eksponat kimi, bir il nümayiş ediləcəkdir.

2010-cu ilin fevral ayının 8-12 –də Moskvada Avrasiyanın ən böyük qida sənayesi sərgisi — «Prodekspo 2010» keçirildi. Bu sərgi çərçivəsində keçirilən ixtisaslaşdırılmış şərab Dequstasiya Müsabiqəsinə, «Göygöl Şərab Zavodu», istehsala hazırladığı, «Xan» brendi və «Qafqaz Buketi» nişanı altında, 10 adda şərab nümunəsi göndərmişdi. Onlardan 6-sı müsabiqənin medallarına layiq görüldü: «Kaberne-Sovinyon» və «Kaqor“-qızıl; “Şiraz“ və “Şardone»- qyumuş; «Madrasa» və «Madera» — bürünc medala. Bundan başqa «Uni-Blank», «Saperavi», «Merlo“ və “Çinar» şərabları, müsabiqənin Fəxri Diplomu ilə təltif olunmuşlar. Bunu da xüsusi qeyd etmək lazımdır ki, subyektiv təsirin qarşısını almaq məqsədi ilə, dequstasiya müsabiqəsində şərablar «qapalı» şəklində yoxlanmış və yüksək ekspertlər heyəti, şərabın adını və istehsalçısını bilmədən onları qiymətləndirmişlər.

6 – 9 oktyabr 2009-cu ildə H.Əliyev adına idman-konsert kompleksində «KASPİAN AGRO» beynəlxalq Kənd təssərüfatı, Ərzaq emalı və Qablaşdırma sərgi-konfransı keçirilmişdir. ABŞ,Almaniya, İtaliya, İsrail, Belorusiya, Latviya, litva,Türkiyə, Suriya şirkətlərinin iştirak etdiyi bu forumda, Azərbaycanın bir çox qabaqcıl müəssisələrı ilə birlikdə «Göygöl Şərab Zavodu» ASC-i də öz məsullarını nümayiş etmişdi. Sərgidə iştirak etmiş, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev, «Göygöl Sərab Zavodu»-nun istesal etdiyi məhsullarla maraqlanmış və «XAN» brendinin populyarliğını qeyd etmişdi.

2008-ci il Mart ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «Göygöl Şərab Zavodunun» rəmzi açılış mərasimində iştirak etmişdir. Prezidentə zavodun 1860-cı ildən bəri olan tarixi haqda məlumat verilmiş, O, 2007-2008-ci illər ərzində bərpa olunmuş sexlərə və istehsalat sahələrini gəzmiş və rəmzi olaraq araq süzmə xəttinə start vermişdir. 19-cu əsrin ortalarında Azərbaycandakı alman mühacirlərinin yaratdıqları və tarixilik qorunmaqla yenidən bərpa edilmiş, hələ də fəaliyyət göstərən şərab zirzəmiləri onun diqqətini cəlb etmişdir.

«Göygöl Şərab Zavodu» ASC 2008-ci il, Oktyabr ayının 16-18-də Sinqapurda, «Santek» ticarət sərgi kompleksində təşkil edilmiş «Wine For Asia» adlı Beynəlxalq Şərabçılıq Sərgisində iştirak etmişdir. Zavodun şərab, şampan və araqları sərgidə nümayiş etdirilmişdir. Peşəkar üzümçülər və içki ekspertləri sərgidə nümayiş etdirilən şərab və seçmə şampan nümunələrini müsbət qiymətləndirmişlər. Bizim «Xan» brendi altında istehsal edilən arağımız isə sərgidə xüsusi populyarlıq qazanmışdır. Sərgidə zavodun nümayiş etdirdiyi ekspozisiyanın dizaynı isə yüksək qiymətləndirilmişdir. Bunu da qeyd etmək vacibdir ki, Azərbaycan müxtəlif ölkələrin 264 spirtli içki istehsalçısı ilə təmsil olunduğu bu cür Beynəlxalq Sərgisində ilk dəfə iştirak edirdi.

«Göygöl Şərab Zavodu» 2008-ci il Sentyabr ayının 2-6-sı tarixində Heydər Əliyev adına İdman — Konsert Kompleksində Azərbaycan Respublikasının130 aparıcı təşkilatının, şirkətinin, inkişaf edən müəssisələrinin və özəl sektor şirkətlərinin təmsil olnuduğu «Azərbaycan 2008» Milli Sərgisində iştirak etmişdir. 2003-2008-ci illərdə müxtəlif sənaye sektorlarının bütün aktiv sahələrində əldə edilmiş yeni nailiyyətlər sərgidə nümayiş etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgidə iştirak etmişdir.

2008-ci ilin Mart-Aprel aylarında Brüsseldə təşkil edilmiş qapalı ənənəvi «Birləşmiş Araqlar» adlı müsabiqədə «Göygöl Şərab Zavodu» üç medal qazanmışdır. «Xan» Ekstra konyakı qızıl, «Xan» Premium arağı gümüş, «Xan» Export arağı isə bürünc medal qazanmışdır. 4) «Göygöl Şərab zavodunun» 2007-2008-ci illər ərzindəki fəaliyyəti beynəlxalq «Ticarət Liderləri Klubunun» illik «Yeni Minilliyin Mükafatı», «Keyfiyyətə Görə» mükafatına layiq görülmüşdür.

«Göygöl Şərab Zavodu» ASC 2006-cı il Mart ayının 26-da Moskvada «Prezident» otelində «Beynəlxalq Konyektur Araşdırmaları Mərkəzi» tərəfindən keçirilən Üçüncü Beynəlxalq Keyfiyyət Assambleyasında «Qızıl Keyfiyyət Sertifikatı» ilə təltif edilmişdir. Assambleyada «Beynəlxalq Keyfiyyət Bəyannaməsi» imzalanmışdır.